İnsanlara hürriyət, millətlərə istiqlal!

"Maduro Türkiyəyə sığına bilərdi, Trampa meydan oxudu – indi Nyu-York həbsxanasındadır" - Senator Qraham - VİDEO

ABŞ Senatının üzvü, respublikaçı senator Lindsey Qraham Venesuela prezidenti Nikolas Maduronun həbsi ilə bağlı diqqətçəkən açıqlama verib.

Musavat.com xəbər verir ki, senatorun sözlərinə görə, Maduro bu gün Türkiyədə ola bilərdi, lakin Trampın təklif etdiyi çıxış yolunu rədd edərək ABŞ-a meydan oxumağı seçdi və nəticədə Nyu-Yorkda həbs olundu.

Lindsey Qraham Trampın təyyarəsində jurnalistlərin suallarına cavab verərkən bildirib ki, ABŞ prezidenti Donald Tramp Maduronun hakimiyyətdən dinc şəkildə çəkilməsi və təhlükəsiz çıxışı üçün ona konkret variant təqdim edib. Həmin variantlardan biri də Maduronun Türkiyəyə getməsi və orada sığınacaq tapması olub. Senatorun sözlərinə görə, bu təklif masada olub və bu, sadəcə kuluar iddiası deyil.

Məsələyə dair Donald Trampın özünün də açıqlama verməsi, eləcə də yayılan video-görüntülər göstərir ki, ABŞ tərəfi Maduronun qarşısına real seçim qoyub. Tramp açıq şəkildə bildirib ki, Maduro zorakı ssenaridən yayınaraq ölkəni tərk edə, Türkiyə də daxil olmaqla təhlükəsiz bir ölkəyə gedə bilərdi.

Lakin Maduro bu təklifi qəbul etməyib. O, Tramp administrasiyasına meydan oxumağı, müqavimət göstərməyi və hakimiyyətdə qalmaq üçün riskli yolu seçib. Nəticədə isə hadisələr fərqli istiqamətdə inkişaf edib: ABŞ xüsusi xidmət orqanlarının əməliyyatı, saxlanılma və Nyu-York federal məhkəməsi qarşısında cavab vermək məcburiyyəti.

Yayılan bu video-görüntülər və rəsmi açıqlamalar bir daha sübut edir ki, Maduro Trampın təklifini qəbul etsəydi və Türkiyəyə getməyə razı olsaydı, bu gün tamam başqa bir vəziyyət formalaşa bilərdi. İndi isə o, beynəlxalq hüquq, sanksiyalar və məhkəmə prosesi ilə üz-üzə qalıb.

Hadisə beynəlxalq siyasi dairələrdə belə qiymətləndirilir: bu, təkcə Maduronun şəxsi taleyi deyil, həm də yeni dünya nizamında “təklif–rədd–nəticə” modelinin açıq nümunəsidir. ABŞ prezidenti Trampın “çıxış qapısı” siyasətini qəbul etməyən liderlərin hansı aqibətlə üzləşə biləcəyini göstərən presedent kimi dəyərləndirilir.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

06 Iyun 2026

BÜTÜN XƏBƏRLƏR