Onlayn ictimai-siyasi qəzet
Türkiyə televiziya tarixinin unudulmaz ekran işləri arasında yer alan "Kurtlar Vadisi" serialında Tombalaçı Mehmetin malikanəsi kimi istifadə olunan İstanbuldakı lüks villa satışa çıxarılıb.
Musavat.com xəbər verir ki, illər sonra yenidən gündəmə gələn tikili üçün 384 milyon TL qiymət müəyyən edilib.
Villa "Kurtlar Vadisi"ndə Haldun Boysanın canlandırdığı Tombalaçı Mehmet obrazının malikanəsi kimi istifadə olunub. Serialın diqqət çəkən səhnələrindən bəziləri bu tikilidə çəkilərkən, villa xüsusilə "Kurtlar Vadisi"nin ilk dövrlərini xatırlayan izləyicilərin hafizəsində yer alıb.
Eyni villa daha sonrakı illərdə "Poyraz Karayel" serialının da çəkiliş məkanlarından biri olub. Tikili bu dəfə Musa Uzunların canlandırdığı Bahri Umman, digər adı ilə Bahri Babanın evi kimi ekranlara gəlib.
Bununla da Türkiyə televiziyasının iki fenomen serialında fərqli obrazların malikanəsi kimi istifadə olunan İstanbuldakı villa, illər sonra 384 milyon TL-lik satış qiyməti ilə yeni sahibini gözləyir.
Musavat.com

05 Sentyabr 2026
ŞƏRHLƏRŞƏRH YAZ