İnsanlara hürriyət, millətlərə istiqlal!

Maqnitski mükafatı qalmaqala çevrildi

“Maqnitski mükafatını təqdim etmək mənim üçün böyük şərəfdir. 2025-ci ilin “Görkəmli müxalifət siyasətçiləri” nominasiyasında qaliblər seçilmiş prezident Svetlana Tixanovskaya və Sergey Tixanovskidir. Onlar demokratik və Avropaya inteqrasiya edən Belarusun qurulmasına sarsılmaz sədaqət nümayiş etdiriblər”.

Musavat.com xəbər verir ki, bu barədə rusiyalı müxalifətçi Vladimir Kara-Murza sosial şəbəkələrdəki hesabında yazıb.

Kara-Murzanın paylaşdığı fotoda Tixanovskaya səhnədə tək dayanır - ərinin mərasimdə olmadığı açıq görünür.

Qeyd edək ki, dünən sosial şəbəkələrdə Sergey Tixanovski ilə Tixanovskayanın komandası arasında qalmaqal yaşanıb. Sergey Tixanovski onu Londona rəsmi tədbirə dəvət edən məktubun özündən gizlədildiyini iddia edib. Tixanovskayanın ofisi “Naşa Niva”ya açıqlamasında dəvətin ona çatdırılmadığını inkar etməyib, lakin əlavə edib ki, Sergey Tixanovski mümkün mükafatlandırmanın gündəmə gəldiyi ilk günlərdə Britaniya vizasının alınması ilə bağlı yardım təklifindən özü imtina edib.

Tixanovskilər ailəsində və komanda daxilində gərginlik artıq bir aydır davam edir. Xüsusilə sentyabrda ABŞ-da qeydə alınmış görüntülərdə Sergey Tixanovski həyat yoldaşının əhatəsindəki şəxslərə qarşı siyasi ittihamlar səsləndirmişdi.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

28 Avqust 2026

BÜTÜN XƏBƏRLƏR