İnsanlara hürriyət, millətlərə istiqlal!

Mask Zelenski ilə görüşməkdən İMTİNA ETDİ

Ukrayna prezidenti Volodimir Zelenski iyulun 28-də Ağ Evdə keçirilən qapalı danışıqlar zamanı ABŞ prezidenti Donald Trampdan Ukrayna dronlarının Rusiya ərazisindəki ballistik raket qurğularını vurması üçün “Starlink” peyk sistemindən istifadəyə icazə verilməsinə köməklik göstərməsini xahiş edib.

Musavat.com xəbər verir ki, bu barədə “The Atlantic” nəşri öz mənbələrinə istinadən məlumat yayıb.

Kiyev İran ətrafındakı münaqişə fonunda ehtiyatları azalan "Patriot" kompleksləri üçün əlavə raket tədarükü əvəzinə "Starlink" texnologiyasının tətbiq sahəsini genişləndirməyi təklif edir.

Mənbələrin sözlərinə görə, Zelenski bu məsələni “SpaceX” şirkətinin rəhbəri İlon Maskla da müzakirə etməyi planlaşdırıb, lakin milyarder görüş təklifini rədd edib.

İndiyədək "Starlink" Ukrayna tərəfindən yalnız öz ərazisində (o cümlədən ilhaq edilmiş regionlarda) istifadə olunub, Rusiya ərazisində isə sistemin fəaliyyəti məhdudlaşdırılıb.

Görüş zamanı Tramp Ukrayna tərəfinin xahişinə baxacağını bildirsə də, hələlik heç bir qərar qəbul edilməyib.

Mənbələr qeyd edir ki, ABŞ prezidentinin yekun mövqeyi bu addımın münaqişənin daha tez bitməsinə töhfə verib-verməyəcəyini necə qiymətləndirməsindən asılı olacaq.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

14 Avqust 2026

13 Avqust 2026

BÜTÜN XƏBƏRLƏR