İnsanlara hürriyət, millətlərə istiqlal!

Medvedev Trampa istehza etdi: “Tələsməsə, Qrenlandiya Rusiyaya qoşula bilər”

Musavat.com xəbər verir ki, Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev ABŞ prezidenti Donald Trampla bağlı ironik açıqlama verib.

Medvedev iddia edib ki, Tramp tələsməsə, Qrenlandiya əhalisi gözlənilmədən referendum keçirərək Rusiyaya qoşulmağa səs verə bilər. Onun sözlərinə görə, “yoxlanılmamış məlumatlara əsasən”, yaxın günlərdə 55 min əhalisi olan Qrenlandiyada belə bir referendum baş tuta bilər.

Medvedev istehzalı şəkildə əlavə edib ki, əgər bu baş verərsə, ABŞ bayrağında yeni ulduz olmayacaq, əvəzində Rusiya Federasiyasının artıq 90-cı subyekti meydana çıxacaq.

Rusiya rəsmisi, eyni zamanda, ABŞ-ın Qrenlandiyanı ələ keçirməsinin “dünya iqliminin sağlamlaşdırılması üçün faydalı ola biləcəyini” də kinayə ilə qeyd edib. Onun bu açıqlamaları sosial şəbəkələrdə və mediada geniş müzakirələrə səbəb olub.

 

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

12 Iyun 2026

11 Iyun 2026

BÜTÜN XƏBƏRLƏR