Onlayn ictimai-siyasi qəzet
Xalq artisti Aygün Kazımovanın yaradıcılığının 40 illiyinə həsr olunan “Best of AYGUN 40” albomunda müğənni Mərdan Kazımov da yer alıb.
Musavat.com xəbər verir ki, Mərdan layihədə Kazımovanın məşhur “Əllərini uzat, gülüm” hitini rok janrında səsləndirib. İfaçı bu məşhur mahnıya Mayis Əhmədovun rejissorluğu ilə klip də çəkdirib. O, layihəsini YouTube və digər platformalarda yayımlayıb.
Musiqisi Azər Allahverdiyev və Vaqif Gərayzadəyə, sözləri isə Sərvər Şahbəyliyə məxsus olan bəstənin aranjimanı Zaur Aliyə aiddir.
Musavat.com
06 Iyun 2026
05 Iyun 2026
ŞƏRHLƏRŞƏRH YAZ