İnsanlara hürriyət, millətlərə istiqlal!

Məşhur azərbaycanlı müğənninin uşaqlıq görüntüsü YAYILDI – AzTV-də çıxışı - VİDEO

Azərbaycanlı müğənni Elnur Məmmədovun uşaqlıq illərinə aid görüntüləri sosial şəbəkələrdə gündəm olub.

Yayılan kadrlarda sənətçinin AzTV efirində çıxış etdiyi anlar əks olunub. Onun hələ kiçik yaşlarından səhnədə sərbəst davranışı və ifa bacarığı izləyicilərin diqqətini çəkib.

Sosial media istifadəçiləri Elnur Məmmədovun erkən yaşlarından istedadlı olduğunu vurğulayaraq, onun ifasını yüksək qiymətləndiriblər. Bir çoxları sənətçinin bu gün qazandığı uğurların təməlində məhz uşaqlıqdan gələn zəhmət və qabiliyyətin dayandığını qeyd edib.

Sözügedən görüntülər qısa zamanda geniş yayılaraq izləyicilər arasında maraqlı müzakirələrə səbəb olub./milli.az/

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

07 Iyun 2026

06 Iyun 2026

BÜTÜN XƏBƏRLƏR