İnsanlara hürriyət, millətlərə istiqlal!

Məşhur müğənninin adını o verib: "İmamoğlunun təyyarəsi olduğunu bilsəydim..."

İstanbulda narkotik istintaqı çərçivəsində saxlanıldıqdan sonra “fahişəlik” və “istifadə məqsədilə narkotik və ya psixotrop maddə alma, qəbul etmə, saxlama, yaxud narkotik və ya psixotrop maddə istifadə etmə” ittihamları ilə məhkəmə nəzarəti şərti ilə azadlığa buraxılan Selen Görgüzelin prokurorluqdakı ifadəsi üzə çıxıb.

Musavat.com xəbər verir ki, ifadə zamanı ona şübhəli Rabia Karaca ilə birlikdə xüsusi təyyarədə çəkilmiş fotosu göstərilib.

Görgüzel bildirib ki, Kipr tətilindən sonra həmin təyyarəyə minib və bu səfəri ona Emel Müftüoğlu təşkil edib.

Görgüzel ifadəsində Kipr tətili zamanı Emel Müftüoğlunun qumar oynamaq üçün İmamoğlu cinayət məqsədli təşkilat istintaqında axtarışda olan Murat Gülibrahimoğlundan kazino çipləri aldığını, Gülibrahimoğlu ilə Müftüoğlunun yüksək məbləğlərdə qumar oynadıqlarını iddia edib.

Görgüzel deyib:

“Tətilimizdə adlarını hazırda xatırlamadığım bəzi şəxslər də var idi. Bu tətildən xatırladığım hadisələrdən biri isə Gülibrahimoğlu və yanındakı qızların xüsusi bir otağa keçərək qumar oynamağa davam etmələri idi. Tətil zamanı heç kimi fahişəliyə təşviq etməmişəm. Emel Müftüoğlu mənim üzərimdən pul qazanmış ola bilər, lakin bu şəxsdən pul almamışam. Qayıdışda mindiyim təyyarənin Ekrem İmamoğlunun istifadə etdiyi xüsusi təyyarə olduğunu sonradan öyrəndim. Əgər bunun İmamoğlunun şəxsi təyyarəsi olduğunu bilsəydim, istifadə etməzdim”.

Könül
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

11 Iyun 2026

BÜTÜN XƏBƏRLƏR