İnsanlara hürriyət, millətlərə istiqlal!

Məşhur türk serialı sabah final edir - FOTO

Türkiyədə böyük izləyici auditoriyasına sahib olan Eşref Rüya serialı ekranlara vida etməyə hazırlaşır.

Milli.Az Türkiyə mətbuatına istinadən xəbər verir ki, baş rollarını Çağatay Ulusoy və Demet Özdemirin canlandırdığı ekran işi sabah yayımlanacaq son bölümü ilə final edəcək.

Serialın rəsmi sosial media səhifəsində Demet Özdemirin canlandırdığı "Nisa Tek" obrazına həsr olunmuş xüsusi afişa paylaşılıb. Həmin paylaşım qısa müddətdə izləyicilərin diqqətini çəkərək geniş müzakirələrə səbəb olub.

Final qərarı serialın pərəstişkarlarını kədərləndirsə də, yayımlanan poster və son bölümə dair paylaşımlar tamaşaçıların marağını daha da artırıb.

Sosial şəbəkə istifadəçiləri serialın finalı ilə bağlı fikirlərini bölüşərək sevilən layihənin ekranlarla vidalaşmasına münasibət bildiriblər.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

11 Iyun 2026

10 Iyun 2026

BÜTÜN XƏBƏRLƏR