Onlayn ictimai-siyasi qəzet
Musavat.com xəbər verir ki, Lionel Messi “GOAT Tour” çərçivəsində Hindistana səfər edəcək. Onunla birlikdə Luis Suares və Rodrigo de Paul da bu ölkəyə gedəcək.
Messi Kalkuttada 21 metr hündürlüyündə hazırlanan heykəlinin açılışında iştirak edəcək. Heykəl 45 nəfərlik komanda tərəfindən 27 günə hazırlanıb.
Hindistanda azarkeşlər üçün “Hola Messi” adlı xüsusi zona yaradılıb. Bu zonada Messinin taxtda əyləşmiş həyati ölçülü fiquru, kuboklarla bəzədilmiş zal, Mayamidəki evinin maketi və futbolçu ilə ailəsinin balkon kompozisiyası nümayiş etdirilir.
Messi karyerası ərzində klub və milli komandada ümumilikdə 44 kubok qazanıb. 2016-cı ildə Buenos-Ayresdə onun bürünc heykəli ucaldılmışdı. Barselona prezidenti Xoan Laporta isə Nou Kampda Messinin heykəli üzərində işlərin davam etdiyini bildirib.
Musavat.com
![]()
04 Iyun 2026
ŞƏRHLƏRŞƏRH YAZ