İnsanlara hürriyət, millətlərə istiqlal!

Metroda gediş haqqı artırılacaq? - RƏSMİ

Avqustun 15-dən etibarən "Bakı Metropoliteni”nin "yaşıl" və "qırmızı" xətlərinin ayrılması ilə bağlı işlərə başlanılmasından sonra bir sıra stansiyalara gediş məhdudlaşdırılıb.

İqtisadçı ekspert Natiq Cəfərli bildirib ki, bəzi metro stansiyalarında tətbiq edilən məhdudiyyətlər sərnişin axınının azalmasına, bu isə öz növbəsində Bakı Metropoliteninin gəlirlərinə mənfi təsir göstərə bilər. Onun sözlərinə görə, yaranan mümkün maliyyə itkisini kompensasiya etmək üçün gələcəkdə metroda gediş haqqının artırılması ehtimalı ola bilər.

Bəs gediş haqqının artırılması gündəmdədirmi?

Bakıvaxtı.az-ın sorğusuna cavab olaraq "Bakı Metropoliteni” QSC-dən bildirilib ki, metroda gediş haqqının tənzimlənməsi ilə bağlı qurumun qərar qəbul etmək səlahiyyəti yoxdur.

Qeyd olunub ki, gediş haqqı üzrə tariflər Tarif (qiymət) Şurası tərəfindən deyil, Azərbaycan Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin Kollegiyasının qərarı ilə tənzimlənir.

Xatırladaq ki, hazırda Bakı metrosunda gediş haqqı 60 qəpikdir.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

08 Sentyabr 2026

07 Sentyabr 2026

BÜTÜN XƏBƏRLƏR