İnsanlara hürriyət, millətlərə istiqlal!

Milli Məclisin adı dəyişdirilir? – müxalifət deputatlarından REAKSİYA

Parlamentin bugünkü iclasında “Mədəniyyət haqqında” qanunda terminlərin müzakirəsi zamanı vitse-spiker Rafael Hüseynov bildirib ki, Milli Məclis yox, Millət Məclisi deyilməlidir.

Onun sözlərinə görə, Azərbaycan dilinin qrammatikası tələb edir ki, "Milli Məclis" ifadəsindən deyil, "Millət Məclisi" ifadəsindən istifadə olunsun.

"Bu konteksdə dilimizin qrammatik ruhuna daha uyğun ifadələr gələcəkdə qanun layihələrində yer almalıdır”, - deyə o qeyd edib.

Bu, əslində vitse-spiker tərəfindən Milli Məclisin adında dəyişik edilməsi təklifidir. Onu da qeyd edək ki, Rafael Hüseynov Milli Məclisdə Vətəndaş Həmrəyliyi Partiyasından olan deputatdır.

Bəs parlamentdəki digər müxalifət partiyalarının deputatlarının Milli Məclisin adının dəyişdirilib Millət Məclisi adlandırılması təklifinə necə baxırlar?

Picture background

Milli Məclisin komitəs sədri, Böyük Quruluş Partiyasının sədri Fazil Mustafa Musavat.com-un sualına cavabı belə olub:“Qrammatika məsələsindən öncə, bu, hər şeydən əvvəl siyasi məsələdir. Qrammatika məsələsi ilə yanaşmalı olsaq, onda xeyli sayda adların dəyişməsinə zərurət olacaq. Həqiqətən də qrammatika baxımından uyğunlaşmayan müvafiq qurumların adları var. Ona görə də buna bir siyasi qərar verilməlidir. Hər halda təklifdir, təkliflər də həmişə müzakirə oluna bilər. Hesab edirəm ki, Milli Məclisin adı məsələsi daha çox siyasi mahiyyət daşıyan məsələ olduğun görə, daha çox siyasi qərar verilməsi mümkün olarsa onda müzakirəyə çıxarıla bilər”.

Mili Məclisin deputatı, Böyük Azərbaycan Partiyasının sədri Elşad Musayevin cavabı isə bu cür olub: “Millət Məclisi daha doğru ifadədir. Gələcəkdə Milli Məclisin adı Milət Məclisi olaraq dəyişə bilər”.

Deputat, Milli İstiqlal Partiyasının sədri Arzuxan Əlizadə isə suala bu cür cavab verib:

“Təbii ki, bu məsələyə dilçilər daha doğru, daha dəqiq aydınlıq gətirə bilərlər. Hesab edirəm elə məsələlər var ki, orada ənənə, varislik qorunub saxlanmalıdır. Xüsusilə dövlətçilik məsələlərində belə olmalıdır. Məsələ burasındadır ki, 1918-ci ildə Azərbaycan Respublikasını yaradan qurum Milli Şura adlandırılıb. Millət Şurası adlandırılmayıb. Ondan sonrakı dönəmdə bir keçid parlament də var idi və o Milli Şura adlanırdı. Bu baxımdan Mili Məclis ifadəsi daha doğru ifadədir. Adın dəyişdirilməsinin tərəfdarı deyiləm”.

Milli Məclisin deputatı, Milli Cəbhə Partiyasının sədri Razi Nurullayev
isə məsələyə belə münasibət bildirib:

“Mənim üçün ad o qədər də böyük əhəmiyyət kəsb etmir. Əsas işdir, fəaliyyətdir. Mənim işim siyasətdir. O cür məsələlərlə dilçilər məşğul olurlar”.

Etibar Seyidağa,
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

05 Iyun 2026

04 Iyun 2026

BÜTÜN XƏBƏRLƏR