Onlayn ictimai-siyasi qəzet
Rusiya və Ermənistan arasındakı münasibətlərlə bağlı Moskvadan diqqətçəkən açıqlama gəlib.
Musavat.com xəbər verir ki, Rusiya Təhlükəsizlik Şurasının katibi Sergey Şoyqu Ermənistanın Rusiya ilə əməkdaşlıqdan ciddi iqtisadi üstünlüklər əldə etdiyini bildirib.
Şoyqu qeyd edib ki, Moskva İrəvanın Rusiya ilə əməkdaşlıqdan fayda götürmək istəyini anlayır, lakin bunun “ikitərəfli küçə” olduğunu vurğulayıb.
Onun sözlərinə görə, 2025-ci ildə Rusiyada çalışan Ermənistan vətəndaşları ölkələrinə təxminən 3,9 milyard dollar vəsait göndəriblər. Bu məbləğin Ermənistan ÜDM-nin təxminən 13 faizinə bərabər olduğu bildirilib.
Şoyqu əlavə edib ki, Ermənistan vətəndaşları Rusiyada kvota, patent və iş icazəsi olmadan çalışırlar, eyni zamanda tibbi, pensiya və sosial təminat hüquqlarından da istifadə edirlər.
Rusiya rəsmisi bildirib ki, RF Ermənistana malları bazar qiymətindən üç dəfə ucuz təqdim edir. O qeyd edib ki, Rusiyanın Ermənistanın ümumi ticarət dövriyyəsində payı 36 faiz təşkil edir.
Açıqlamada təbii qaz, un, taxıl, gübrə və benzinin Rusiyanın Ermənistana əsas ixrac məhsulları olduğu vurğulanıb.
Musavat.com
04 Iyun 2026
ŞƏRHLƏRŞƏRH YAZ