Onlayn ictimai-siyasi qəzet
Rusiya Xarici İşlər və Müdafiə Nazirlikləri Kiyevdə səfirliklərin fəaliyyət göstərməsinin təhlükələri barədə xəbərdarlıq edib, indi qərar ölkələrin özlərindən asılıdır. APA-nın Moskva bürosu xəbər verir ki, bunu Kremlin rəsmi nümayəndəsi Dmitri Peskov avropalı diplomatlarının Kiyevdəki mövcudluqlarının təhlükəsizliyi ilə bağlı xəbərdarlıqları qəsdən qulaqardına vurub-vurmadığına və potensial risklərə görə məsuliyyət daşıdığı ilə bağlı suala cavabında bildirib.
Qeyd edək ki, Rusiya XİN şənbə günü xarici vətəndaşların və diplomatların Kiyevi tərk etməsini təkrar tövsiyə edib. Bildirilib ki, Rusiya Silahlı Qüvvələri Kiyevə kütləvi cavab zərbələri endirməyə davam edəcək və Rusiya XİN diplomatik missiyanın əməkdaşları da daxil olmaqla, xarici vətəndaşlara Ukraynada qalmamaq və ya onun ərazisinə səyahət etməmək barədə xəbərdarlıq edir.
Bəs, Beynəlxalq konvensiyaya görə, səfirlikliklərin, diplomatik nümayəndəliklərin təhlükəsizliyi necə qorunur? Səfirliklər müharibə şəraitində necə qorunur?
Demokratiya və İnsan Hüquqları Komitəsininsədri Çingiz Qənizadə Musavat.com-a bildirib ki, səfirlik və diplomatik nümayəndəliklərin toxunulmazlığı 1961-ci il “Diplomatik əlaqələr haqqında Vyana Konvensiyası” ilə tənzimlənir: “Vyana Konvensiyasının 22-ci maddəsinə görə, diplomatik nümayəndəliyin binaları toxunulmazdır. Qəbul edən dövlətin hakimiyyət orqanları diplomatik missiya rəhbərinin razılığı olmadan səfirliyin ərazisinə daxil ola bilməz. Daha vacibi isə odur ki, qəbul edən dövlət səfirliyi zorla daxilolmadan, zədələnmədən, asayişin pozulmasından və nümayəndəliyin ləyaqətinə xələl gətirən hərəkətlərdən qorumaq üçün bütün lazımi tədbirləri görməlidir. Diplomatların özləri də xüsusi müdafiəyə malikdir. Konvensiyanın 29-cu maddəsi diplomatik agentin şəxsən toxunulmaz olduğunu və qəbul edən dövlətin onun təhlükəsizliyini, azadlığını və ləyaqətini qorumaq üçün bütün müvafiq tədbirləri görməli olduğunu müəyyən edir.
Müharibə vəziyyətində isə məsələ bir qədər fərqlidir. Müharibənin olması avtomatik olaraq səfirliyin toxunulmazlığını aradan qaldırmır. Dövlətlər arasında silahlı münaqişə diplomatik münasibətlərin avtomatik kəsilməsi demək deyil və Vyana Konvensiyasının müddəaları belə vəziyyətdə də əhəmiyyətini saxlayır. Eyni zamanda, müharibə şəraitində diplomatik heyətin təhlükəsizliyini təmin etmək praktiki baxımdan daha çətin olur. Buna görə də səfirliklər fəaliyyətini davam etdirə, əməkdaşlarının sayını azalda və ya diplomatik heyəti ölkədən çıxara bilər. Bu baxımdan Rusiyanın “diplomatlar Kiyevi tərk etsin, çünki orada təhlükə var” xəbərdarlığı ilə səfirliklərin hüquqi toxunulmazlığı məsələsini bir-birindən ayırmaq lazımdır”. Hüquq ekspertinin sözlərinə görə, Rusiya hərbi əməliyyatlar nəticəsində Kiyevdə diplomatik heyətin təhlükəsizliyinə risk yarandığını bildirə bilər. Lakin təhlükənin olması səfirlikləri hüquqi baxımdan qanuni hərbi hədəfə çevirmir: “Diplomatik missiyaların binaları mülki xarakterli obyektlər kimi xüsusi hüquqi qorunmaya malikdir. Ümumilikdə beynəlxalq humanitar hüquq mülki şəxslərin və mülki obyektlərin hərbi əməliyyatların təsirlərindən qorunmasını tələb edir. Səfirliklərin Kiyevdə qalması həmin missiyanın təhlükəsizliyinə dair riski qəbul etməsi ola bilər, amma bu, qarşı tərəfə səfirliyə hücum etmək hüququ vermir. Hücum nəticəsində diplomatik obyektin zədələnməsi və ya diplomatların xəsarət alması ayrıca beynəlxalq hüquqi məsuliyyət məsələsi yarada bilər. Peskovun “qərar ölkələrin özlərindən asılıdır” fikri diplomatik heyətin Kiyevdə qalmaq və ya çıxmaq qərarına aid edilə bilər. Lakin bu qərar səfirliyin və diplomatların beynəlxalq hüquqla qorunan statusunu aradan qaldırmır”.
Etibar Seyidağa,
Musavat.com
13 Oktyabr 2026
00:33 Böyük Britaniyadan İrana qarşı SANKSİYA ZƏRBƏSİ: Baş nazir SEPAH-ın partlayış planını açıqladı
12 Oktyabr 2026
ŞƏRHLƏRŞƏRH YAZ