Onlayn ictimai-siyasi qəzet
Ukraynaya məxsus dronlar növbəti dəfə Rusiya paytaxtını hədəf alıb.
Musavat.com xəbər verir ki, bu barədə Moskva meri Sergey Sobyanin öz sosial şəbəkə hesablarında məlumat paylaşıb.
Merin son bir neçə dəqiqə ərzində yaydığı ardıcıl açıqlamalara görə, Moskvaya yaxınlaşarkən ümumilikdə 8 pilotsuz uçuş aparatı (PUA) vurulub.
İlkin məlumatlara görə, hadisə nəticəsində hər hansı dağıntı və ya xəsarət alan yoxdur.
Xatırladaq ki, ötən gecə Ukrayna hərbçiləri Rusiya şəhərlərinə qarşı kütləvi dron hücumu həyata keçirib. Rusiya Müdafiə Nazirliyi həmin hücum zamanı 389 dronun zərərsizləşdirildiyini bəyan edib.
Musavat.com
06 Iyun 2026
05 Iyun 2026
ŞƏRHLƏRŞƏRH YAZ