Onlayn ictimai-siyasi qəzet
Musavat.com xəbər verir ki, Azərbaycan milli komandasının hücumçusu Nəriman Axundzadə karyerasını Türkiyədə davam etdirəcək.
22 yaşlı futbolçu ABŞ-nin "Columbus Crew" klubunda kifayət qədər oyun şansı qazanmadığı üçün komanda rəhbərliyinə müraciət edərək başqa klub keçməsinə icazə verilməsini xahiş edib.
Məlumata görə, gənc hücumçunun mövsümün sonuna qədər Türkiyə təmsilçisinin formasını geyinəcəyi gözlənilir.
Qeyd edək ki, "Columbus Crew" Nəriman Axundzadəni bu ilin yanvar ayında "Qarabağ"dan 2,5 milyon avroya transfer etmişdi.
Musavat.com
18 Avqust 2026
ŞƏRHLƏRŞƏRH YAZ