Onlayn ictimai-siyasi qəzet
Sentyabrın 23-də ölkə ərazisində qeydə alınan ağır qəzalar zamanı iki nəfər həyatını itirib, xəsarət alanlar var.
Hadisələrdən biri Bakı-Qazax magistral yolunun Goranboy rayonunun Dəliməmmədli şəhəri ərazisindən keçən hissəsində qeydə alınıb. Şirvan şəhər sakini Mirdamət Xalıqov idarə etdiyi yük avtomobilini yol kənarında saxlayaraq qarşı tərəfə keçmək istəyən zaman onu təcili tibbi yardım maşını vurub. Ağır bədən xəsarətləri alan 41 yaşlı kişi hadisə yerində ölüb.
Digər faciəvi yol qəzası isə Naxçıvan Muxtar Respublikasında baş verib. Qəza nəticəsində bir ailə ağır qəzaya uğrayıb. Naxçıvan Muxtar Respublikası Xəstəxanasının Təcili Yardım şöbəsinə yerləşdirilən yaralıların övladı – 2026-cı il təvəllüdlü Rəvan Qasımov aldığı xəsarətlərdən dünyasını dəyişib. Qəzada həyatını itirən uşağın valideyni Gülarə Quliyeva və digər ailə üzvləri müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.
Hər iki faktla bağlı araşdırmalar davam etdirilir.
NOCOMMENT.az
13 Oktyabr 2026
00:33 Böyük Britaniyadan İrana qarşı SANKSİYA ZƏRBƏSİ: Baş nazir SEPAH-ın partlayış planını açıqladı
12 Oktyabr 2026
ŞƏRHLƏRŞƏRH YAZ