Onlayn ictimai-siyasi qəzet
Macarıstanın baş naziri Viktor Orban Almaniyanın sabiq kansleri Angela Merkel ilə birgə işlədiyi illərlə bağlı gözlənilməz açıqlama verib.
Musavat.com xəbər verir ki, Orbanın sözlərinə görə, Merkelin xarakteri göründüyündən daha mürəkkəb idi və onunla işləmək həm çətin, həm də maraqlı təcrübə olub:
“Angela Merkel bir çox cəhətdən hörmət etdiyim siyasətçi idi. O, çox ağıllı və cazibədar qadın idi. Siyasətdə görünüş bəzən rol oynayır. Onunla əməkdaşlıq etmək xoşuma gəlirdi. Düşündüyünüzdən daha çətin insandır. Amma etiraf edim ki, mənə həyat yoldaşımdan da çox qışqırırdı”, - deyə Macarıstan baş naziri bildirib.
Orbanın bu zarafatla qarışıq etirafı Avropa siyasi kuluarlarında geniş müzakirələrə səbəb olub.
Musavat.com
28 Avqust 2026
27 Avqust 2026
ŞƏRHLƏRŞƏRH YAZ