İnsanlara hürriyət, millətlərə istiqlal!

Paris meri Azərbaycanı qaraladı – həyasız bəyanat

Adaşı da Fransa prezidenti Makronun yolunu gedir...

Fransanın paytaxtında keçirilən erməni aksiyası Azərbaycan əleyhinə növbəti siyasi kampaniyaya çevrilib.

Musavat.com xatırladır ki, bir gün əvvəl Paris meriyasının qarşısında keçirilən tədbirdə Bakıda saxlanılan separatçı rejimin keçmiş rəhbərlərinin azad edilməsi tələb olunub.

Aksiyanın təşkilatçıları  Fransa Erməni Təşkilatlarının Koordinasiya Şurasının həmsədrləri Ara Toranyan və Murad Papazyan Azərbaycanı hədəfə alan çıxışlar ediblər.

Azərbaycanın Fransadakı səfiri Leyla Abdullayevanın tədbirdən əvvəl Paris merinə müraciət edərək Bakının mövqeyini xatırladıb. Diplomat bildirib ki, məhkum edilən şəxslər hərbi məhkəmənin qərarı ilə müharibə cinayətləri və insanlıq əleyhinə cinayətlərdə təqsirli biliniblər.

Beləliklə, Parisdə məsələni “erməni girovları” kimi təqdim etmək cəhdinə Azərbaycanın cavabı konkret olub: söhbət siyasi baxışlarına görə həbs edilmiş şəxslərdən deyil, Azərbaycan ərazisində törədilmiş ağır cinayətlərə görə məhkəmə qarşısında cavab verən keçmiş separatçı rejim rəhbərlərindən gedir. Bundan sonra anti-Azərbaycan tədbirində iştirak edəcək Paris meriyasının nümayəndələri mövqelərini dəyişiblər. Pərt olmuş erməni lobbisi isə bunu “meriya əməkdaşlarına ünvanlanan təhdidlərlə”izah ediblər. Halbuki Azərbaycan səfirinin mövqeyi fransız dilində də yayılıb və orada hər hansı təhdiddən söhbət gedə bilməz.

Azərbaycan səfirinin açıqlamasından sonra Paris meri Emmanuel Qreqvar rəsmi Bakını ittiham edən bəyanat yayıb. Qreqvar Azərbaycanı faktiki olaraq tarixi saxtalaşdırmaqda ittiham edib və “Qarabağdakı erməni irsindən” danışıb. O, eyni zamanda 2023-cü ilin sentyabrında bölgəni tərk edən erməni əhalisini ön plana çəkərək Azərbaycanı ittiham edib. Fransız merin açıqlamasında diqqət çəkən məqam ondan ibarətdir ki, Qarabağda separatçı rejimin mövcudluğu, onun silahlı qüvvələri və Azərbaycana qarşı uzun illər davam edən silahlı qarşıdurma barədə faktlar demək olar ki, “yada düşməyib”. Əvəzində Azərbaycan tərəfinin məhkəmə yolu ilə məsuliyyətə cəlb etdiyi şəxslər “erməni girovları” kimi təqdim olunur.

Picture background

Paris merinin həyasız açıqlaması Fransanın müəyyən siyasi dairələrində, xüsusilə adaşı Fransa prezidenti Makronun Azərbaycana qarşı formalaşmış qərəzli mövqenin daha bir nümunəsi kimi qiymətləndirilə bilər. Azərbaycanla Ermənistan arasında sülh prosesinin getdiyi bir vaxtda Parisdə keçirilən belə aksiyaların və yerli siyasətçilərin birtərəfli bəyanatlarının hansı məqsədə xidmət etdiyi sual doğurur.Azərbaycan dəfələrlə bəyan edib ki, Qarabağda baş verən hadisələrə hüquqi qiymət verilməsi Azərbaycanın daxili və suveren hüququdur. Buna görə də Fransadan gələn “erməni girovları” ritorikası Bakıda yalnız siyasi təzyiq cəhdi kimi qəbul edilə bilər.

Siyasi ömrünü başa vurmaqda olan Makron hakimiyyəti çoxdandır ki, bir tərəfdən Cənubi Qafqazda sülhdən danışır, digər tərəfdən Azərbaycanı hədəfə alan bəyanatlarla çıxış edir. Paris merinin Bakıya yönəlmiş sərt açıqlaması da Fransanın Qarabağ məsələsində hansı tərəfdə dayandığını bir daha nümayiş etdirib.

Məlumat üçün deyək ki, Emmanuel Qreqvar bu ilin martında keçirilən bələdiyyə seçkilərindən sonra Paris Şurası tərəfindən mer seçilib.Qreqvarı Fransanın sosialist-sol siyasi düşərgəsinə bağlı siyasətçidir. Onun siyasi karyerası əsasən Parisdə sosial siyasət, şəhərsalma, ictimai xidmətlər və sol-mərkəzçi şəhər idarəçiliyi xətti ilə formalaşıb.Qarabağla bağlı “başından yekə” bəyanatı da onun Cənubi Qafqazın tarixdən necə naşı olduğunu göstərir...

Musavat.com 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

04 Sentyabr 2026

BÜTÜN XƏBƏRLƏR