Onlayn ictimai-siyasi qəzet
Ermənistanın ədliyyə naziri Srbuhi Qalyan baş nazir Nikol Paşinyanın xalqın dəstəyi ilə Eçmiədzinə, bütün ermənilərin katolikosunun iqamətgahına “hücum” etməyi planlaşdırması ilə bağlı yayılan məlumatları təkzib edib.
Musavat.com xəbər verir ki, nazir bu barədə verdiyi açıqlamada bildirib:
“Mən hücum ehtimalını qəti şəkildə istisna edirəm. Bu, demokratik ölkədə absurd bir haldır. Söhbət, bəlkə də, yalançı dindar insanlarla işləməyə davam etmək probleminin olmasından gedir”.
O, yayılan şayiələrə inanmamağa çağırıb və katolikos II Qareginin könüllü şəkildə istefa verə biləcəyini də istisna etməyib.
Qeyd edək ki, daha əvvəl mediada Ermənistanın baş naziri Nikol Paşinyanın Eçmiədzində, bütün ermənilərin katolikosunun iqamətgahı qarşısında kütləvi aksiya keçirməyi planlaşdırdığı barədə məlumat yayılıb.
Musavat.com
13 Oktyabr 2026
00:33 Böyük Britaniyadan İrana qarşı SANKSİYA ZƏRBƏSİ: Baş nazir SEPAH-ın partlayış planını açıqladı
12 Oktyabr 2026
ŞƏRHLƏRŞƏRH YAZ