Onlayn ictimai-siyasi qəzet
Musavat.com xəbər verir ki, Erməni KİV-lərinin məlumatına görə, bu dəfə axtarış və saxlanmalar müxalifətçilər Narek Samsonyan və Vazgen Saqatelyanın evlərində həyata keçirilib. Məlumata əsasən, hadisə barədə əvvəlcə onların vəkili Ruben Melikyan açıqlama verib. Saxlanılan şəxslər ötən həftə keçmiş prezident Serj Sarqsyanın müsahibə verdiyi “İmnemnimi” podkastının aparıcılarıdır.
Vəkilin sözlərinə görə, müxalifətçilərə qarşı “xuliqanlıq” maddəsi irəli sürülüb.
Ermənistan İstintaq Komitəsi isə onların evlərində aparılan axtarışları açılmış cinayət işi çərçivəsində təcili istintaq tədbirləri kimi təqdim edib.
Samsonyanın saxlanma anını əks etdirən görüntülər artıq sosial şəbəkələrdə yayılıb, Saqatelyan isə polis əməkdaşlarının maskada evinə daxil olduğunu özü sosial şəbəkədə açıqlayıb.
03 Sentyabr 2026
02 Sentyabr 2026
ŞƏRHLƏRŞƏRH YAZ