Onlayn ictimai-siyasi qəzet
Ermənistanın baş naziri Nikol Paşinyan ölkənin sabiq prezidenti Robert Köçəryanın həbsini şərh edərək, onun korrupsiya sxemlərini ifşa edib.
Musavat.com xəbər verir ki, bu barədə Ermənistanın baş naziri cümə axşamı hökumətin iclasından sonra keçirilən brifinqdə bildirib.
"İndi heç kim sual vermir: Robert Köçəryanda bu milyardlar haradandır? O deyir: "Biz bizneslə məşğul idik". Kimi axmaq yerinə qoyurlar? Yəni onlar belə uğurlu biznesmenlərdir, biz isə ümumiyyətlə heç kimdən heç nəyi müsadirə edə bilmirik? Bəs onların "Toyota İrəvan"da şəxsi paya sahib olmaları biznes fəaliyyətidir?! İrəvanın mərkəzindəki torpaqları əllərindən alıb, onları alındığı qiymətdən 20–30 dəfə baha satmaq biznesdir?!" - deyə Paşinyan qəzəblənib.
O, həmçinin korrupsiya sxemlərinin ləğv edilməsinin dövlət əhəmiyyətli məsələ olduğunu vurğulayıb.
"Həm Robert Köçəryan, həm (sabiq prezident) Serj Sarkisyan, həm də ("Çiçəklənən Ermənistan" partiyasının sədri) Qagik Tsarukyan öz qanuni pensiyaları və qanuni gəlirləri hesabına yaşamalıdırlar. Qanunsuz olaraq əldə edilənlər isə sentinə qədər dövlətə və onun xalqına qaytarılmalıdır! Başqa variant yoxdur. Əgər bu baş verməsə, bu, yeni bir inqilabın baş verməli olduğu deməkdir", - deyə Paşinyan qeyd edib.
Paşinyan bəyan edib ki, Bütün Ermənilərin Katolikosu II Qaregin "yeni inqilab" başlatmaq məqsədilə ölkənin müxtəlif yaşayış məntəqələrinə insanlar göndərir.
Musavat.com
27 Avqust 2026
ŞƏRHLƏRŞƏRH YAZ