İnsanlara hürriyət, millətlərə istiqlal!

Paşinyanın yeni “meymunluğu” – Ermənistanın baş nazirinə nə olub? - ŞIRTIQLI VİDEO

Ermənistanın baş naziri Nikol Paşinyan sosial şəbəkələrdə demək olar ki, hər gün ictimaiyyətə qəribə və izaha ehtiyac yaradan videolar təqdim edir.

Musavat.com xəbər verir ki, Paşinyan bir gün baraban çalır, digər gün musiqi sədaları altında hoppanıb-düşür, başqa bir gün isə əlləri ilə ürək işarəsi düzəldərək kameraya səssiz “mesajlar” ötürür.

Bu davranışların Ermənistan cəmiyyətində, xüsusən də seçki öncəsi gərgin dövrdə hansı psixoloji və siyasi izlər buraxacağı hələ qarşıdakı kampaniya mərhələsində daha aydın görünəcək. Sual açıq qalır: Paşinyan bütün bunları planlı seçki texnologiyası kimi edirmi, yoxsa baş nazir postunda olan bir şəxsin başı qaçıb?

Məlumdur ki, sosial media bu cür qeyri-adi, hətta şit və ölçüsüz davranışları tez bir zamanda “fenomenə” çevirir. Görünən odur ki, Paşinyan və onun komandası da bu alqoritmin mahiyyətini anlayaraq, Ermənistan cəmiyyətinin ən aşağı emosional təbəqələrinə xitab etməyə çalışır. Məqsəd – seçki ərəfəsində süni simpatiya yaratmaq, rasional siyasəti şou elementləri ilə əvəzləməkdir.

Untitled.jpg (83 KB)

Musavat.com bu dəfə də Paşinyanın növbəti videosunu təqdim edir. Videoda o, musiqi sədaları altında barmaqları ilə şırtıq çalır, ardınca əllərini birləşdirərək yenə “ürək” işarəsi göstərir. Heç bir söz demir, heç bir mesajı izah etmir – sadəcə jestlər, mimikalar və səssiz “oyun”. Yeri gəlmişkən, kadr arxasında çalınan mahnıda müğənni ermənicə oxunsa da, musiqi bizimdir, Azərbaycandan kopyalanlb.

Azərbaycan ictimaiyyəti isə bu görüntüləri həm təəccüblə, həm də istehza ilə izləyir. Bir çoxları artıq sual edir: Ermənistanın baş nazirinə nə olub? Nə baş verir? Paşinyanın bu davranışları Ermənistan sosial mediasında da narahatlıq doğurur və “baş nazir niyə bu hala düşüb?” sualı getdikcə daha çox səslənir.

Daha bir videosunu təqdim edirik. Qiyməti isə oxucu özü versin.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

06 Iyun 2026

BÜTÜN XƏBƏRLƏR