İnsanlara hürriyət, millətlərə istiqlal!

Peskovdan Bakı və İrəvana mesaj: "Kimlə istəsələr, münasibət qura bilərlər"

Rusiya tərəfi Azərbaycan və Ermənistanın xarici siyasət seçimlərinə, o cümlədən ABŞ-la olan təmaslarına münasibət bildirib. Kreml rəsmisi Dmitri Peskov qeyd edib ki, hər iki ölkə müstəqil dövlətdir və öz maraqlarına uyğun tərəfdaş seçmək hüququna malikdir.

Musavat.com xəbər verir ki, Peskov bu açıqlamanı ABŞ-ın vitse-prezidenti Cey Di Vensin Bakı və İrəvana reallaşan silsilə səfərlərini şərh edərkən verib.

Peskov jurnalistlərə açıqlamasında Moskvanın bu proseslərə yanaşmasını belə izah edib:

"Ermənistan və Azərbaycan suveren dövlətlərdir. Onlar istənilən ölkə ilə, o cümlədən Amerika Birləşmiş Ştatları ilə münasibətlər qurmaqda tamamilə sərbəstdirlər. Bu, onların daxili işidir".

Bununla belə, mətbuat katibi Rusiyanın regiondakı rolunu da xatırlatmağı unutmayıb. O bildirib ki, Rusiya Federasiyasının həm Ermənistan, həm də Azərbaycanla özünəməxsus, qarşılıqlı faydalı və köklü əlaqələri var. Peskovun sözlərinə görə, Moskva bu strateji münasibətləri gələcəkdə də inkişaf etdirmək niyyətindədir və digər ölkələrlə qurulan əlaqələrin bu tərəfdaşlığa xələl gətirməyəcəyinə ümid edir.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

08 Iyun 2026

BÜTÜN XƏBƏRLƏR