İnsanlara hürriyət, millətlərə istiqlal!

Peterburqda qeyri-rəsmi an: Lukaşenko sammit zamanı bığını daradı

Belarus Prezidenti Aleksandr Lukaşenko Müstəqil Dövlətlər Birliyinin Sankt-Peterburqda keçirilən qeyri-rəsmi sammiti zamanı diqqətçəkən bir jestlə gündəmə gəlib.

Musavat.com xəbər verir ki, rəsmi tədbir çərçivəsində Lukaşenkonun bığını düzəltməsi kameralara tuş gəlib və bu an sosial şəbəkələrdə müzakirə mövzusuna çevrilib.

Qeyri-rəsmi sammit formatı liderlər arasında daha sərbəst ünsiyyət və protokoldan kənar anlar ilə seçilir.

Qeyd edək ki, bu gün Peterburqda MDB ölkələrinin liderləri regional gündəm, iqtisadi əməkdaşlıq və təhlükəsizlik məsələlərini müzakirə ediblər.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

08 Iyun 2026

BÜTÜN XƏBƏRLƏR