İnsanlara hürriyət, millətlərə istiqlal!

Polşa dəmiryolunun mühafizəsinə ordunu cəlb etdi

Polşa dəmir yolu infrastrukturunu qorumaq üçün Ərazi Müdafiə Qüvvələrinin ən azı 400 əsgəri səfərbər edilib.

Musavat.com xəbər verir ki, məlumatı Polşa müdafiə naziri Vladislav Kosiniak-Kamış açıqlayıb: "400-dən çox ərazi müdafiə xidməti üzvü Dəmir Yolu Mühafizə Xidməti ilə birlikdə dəmir yolu infrastrukturunun 80 əsas hissəsində patrul xidməti aparır".

Qeyd edək ki, noyabrın 16-da Polşada Ukrayna istiqamətində dəmiryolunda partlayış olub. Polşa hüquq-mühafizə orqanları partlayışı Belarusdan gələn iki Ukrayna vətəndaşının törətdiyini, dərhal da Belarusa qaçdıqlarını üzə çıxarıb.

 

Musavat.com

 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

27 Avqust 2026

BÜTÜN XƏBƏRLƏR