Onlayn ictimai-siyasi qəzet
Polşa prezidenti Karol Navrotski ölkənin Kommunist Partiyasının fəaliyyətinin konstitusiyaya zidd elan edilməsi üçün Konstitusiya Məhkəməsinə rəsmi müraciət göndərib.
Musavat.com bildirir ki, bu barədə dövlət başçısının rəsmi portalında məlumat verilib.
Navrotski müraciətində Kommunist Partiyasının proqramında “totalitar üsullara və praktikalara istinad edilməsi”, habelə “hakimiyyəti zorla ələ keçirmək niyyətinə” dair müddəaların yer aldığını bildirib.
Qanunvericiliyə görə, Polşa Cinayət Məcəlləsinin 256-cı maddəsi nasist, kommunist və faşist ideologiyalarının təbliğini üç ilədək azadlıqdan məhrumetmə ilə cəzalandırır.
Prezidentin bu addımı ölkədə radikal ideologiyaların fəaliyyətinə dair müzakirələri yenidən gündəmə gətirib.
Musavat.com
30 Avqust 2026
29 Avqust 2026
ŞƏRHLƏRŞƏRH YAZ