İnsanlara hürriyət, millətlərə istiqlal!

Premyer Liqanın iştirakçısında braziliyalı yeni qapıçı

Növbəti mövsümdə Premyer Liqada qalmaq uğrunda mübarizə aparacaq "Qəbələ" daha bir legionerlə anlaşıb.

"Qırmızı-qaralar" bu dəfə qapıçı mövqeyinə diqqət ayırıb.

Braziliyadan olan kiper "1 nömrə" olmaq uğrunda Səlahət Ağayevlə rəqabət aparacaq.

Əyalət təmsilçisi öncəki həftə və günlərdə 5 yeni oyunçu ilə anlaşıb, hamısı da legionerdir.

Kouya Mabena ("Floriana", Malta), Natan Monzanqo ("Bravo", Sloveniya), Karim Rossi (Son klubu "Şamaxı"), Uboçioma Meşak ("Kazintsbartsika", Macarıstan) və Bruno Silva ("Oliveyrense", Portuqaliya) Kaxaber Sxadadzenin ixtiyarına verilib. (sportinfo.az)

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

21 Avqust 2026

BÜTÜN XƏBƏRLƏR