İnsanlara hürriyət, millətlərə istiqlal!

"Prezidentin sözləri yeni mərhələnin anonsudur" - ekspertdən operativ reaksiya

Prezident İlham Əliyev bu gün “Azərbaycanın yeni rəqəmsal arxitekturası” adlı vahid fəaliyyət planına həsr olunmuş müşavirədə bir sıra mühüm məqamlara toxunub, tapşırıqlar verib.

Musavat.com-un məlumatına görə, dövlət başçısı hər bir dövlət qurumunda, ilk növbədə, nazirliklərdə rəqəmsallaşma, süni intellekt, kibertəhlükəsizlik üzrə bir müavin ayrılmasına dair tapşırıq verib.

Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüz sosial şəbəkədəki şəxsi profilində bu barədə fikirlərini bölüşüb. Ekspert qeyd edib: “Prezident İlham Əliyevin bu gün səsləndirdiyi tapşırıq əslində kadr dəyişikliyi yox, idarəetmə modelinin dəyişməsi deməkdir.

Prezident bu gün keçirilən rəqəmsal arxitektura mövzusundakı müşavirədə nazirliklərdə rəqəmsal sektora cavabdeh olan bir müavinin olmasının vacibliyini vurğulayıb. Nazirliklərdə və əsas dövlət qurumlarında rəqəmsallaşma, süni intellekt və kibertəhlükəsizlik üzrə xüsusi cavabdeh müavinlərin müəyyənləşdirilməsi bu sahələrin artıq texniki funksiya deyil, birbaşa rəhbərlik məsuliyyəti olduğunu göstərir”.

Prezidentin sözlərinin yeni mərhələnin anonsu kimi dətərləndirən O.Gündüz əlavə edib: "Dünya təcrübəsi də diqtə edir ki, AI layihələri struktur dəyişiklik tələb edir, data paylaşımı qurumlararası müqaviməti yaradır, proseslərin avtomatlaşdırılması isə insan faktoruna toxunur, kibertəhlükəsizlik kritik qərarlar tələb edir. Xatırlayıram ki , rəqəmsal sektora cavabdeh olan bir komitə sədrinin müavini mənə bildirmişdi ki, dövlət qurumunda kserokopiya aparatların ləğvinə yönələn bir elektron xidmətin tətbiqi əmrindən sonra xeyli əməkdaşlar ona düşmən kimi baxırmış. Hansısa İT şöbə müdiri isə yuxarıdakıları icra etmək gücündə deyil. Nəhayət ki, bu istiqamətdə real addımların atılması transformasiyanın daha sürətli gedəcəyinə inamı artırır”.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

06 Iyun 2026

BÜTÜN XƏBƏRLƏR