İnsanlara hürriyət, millətlərə istiqlal!

Putin Laricani haqqında elə sözlər dedi ki...

Rusiya prezidenti Vladimir Putin İran Milli Təhlükəsizlik Ali Şurasının keçmiş katibi Əli Laricanini “dinləməyi bacaran və dialoq qurulması mümkün olan şəxs” kimi xarakterizə edib.

Musavat.com xəbər verir ki, Rusiya lideri jurnalistlərin suallarını cavablandırarkən Laricaninin həlak olmasından təəssüf hissi keçirdiyini bildirib.

“Çox heyif. O, konstruktiv dialoq aparmağın mümkün olduğu bir insan idi, dinləməyi bacarırdı, eşidirdi və hər şeyə reaksiya verirdi”, - deyə Rusiya mediası Putinin sözlərindən sitat gətirib.

Xatırladaq ki, Əli Laricani martın 17-də İranın müxtəlif bölgələrinə endirilən ABŞ-İsrail zərbələri nəticəsində həlak olub.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

05 Iyun 2026

BÜTÜN XƏBƏRLƏR