İnsanlara hürriyət, millətlərə istiqlal!

“Qarabağ”dan möhtəşəm QƏLƏBƏ: rəqibi son saniyələrdə "yıxdı" – 3:2

“Qarabağ” UEFA Çempionlar Liqasının əsas mərhələsinin VII turunda doğma meydanda Almaniyanın “Ayntraxt” komandası ilə üz-üzə gəlib.

Görüş Tofiq Bəhramov adına Respublika stadionunda keçirilib.

Musavat.com xəbər verir ki, matç Ağdam təmsilçisinin 3:2 hesablı qələbəsi ilə yekunlaşıb. 

Qələbədə əsas pay sahiblərindən biri Kamilo Duran olub. O, oyunun 4 və 80-ci dəqiqələrində fərqlənərək dubl edib. “Ayntraxt”ın qollarını isə Can Uzun 11-ci dəqiqədə, Fares Çaibi isə 78-ci dəqiqədə penaltidən vurub. 

3bd579a9-8c47-4922-aff1-be59daf427d1.jpg (67 KB)

Matçın taleyini həll edən qol 90+4-cü dəqiqədə gəlib. Bəhlul Mustafazadə dəqiq zərbə ilə “Qarabağ”a 3:2 hesablı qələbə qazandırıb.

Bu nəticə ilə ağdamlıların Çempionlar Liqasının Liqa mərhələsində topladığı xalların sayı 10-a yüksəlib. Qurban Qurbanovun komandası sonuncu, VIII turda 29 dekabrda səfərdə İngiltərənin “Liverpul” klubu ilə qarşılaşacaq.

 

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

09 Iyun 2026

08 Iyun 2026

BÜTÜN XƏBƏRLƏR