Onlayn ictimai-siyasi qəzet
İlk yayın vaxtı 23:00
UEFA Çempionlar Liqasında Azərbaycan futbolu üçün tarixi nəticə qeydə alınıb. “Qarabağ” əsas mərhələnin VIII turunda ağır səfər məğlubiyyətinə baxmayaraq, turnir cədvəlində 22-ci sırada qərarlaşaraq növbəti mərhələyə yüksəlib və klub tarixində mühüm uğura imza atıb.
UEFA Çempionlar Liqasının əsas mərhələsinin VIII turunda “Liverpul” (İngiltərə) – “Qarabağ” matçında meydan sahibləri böyük üstünlük əldə ediblər.
Musavat.com xəbər verir ki, “Enfild” stadionunda keçirilən qarşılaşmada hesab 15-ci dəqiqədə Aleksis Makallisterin qolu ilə açılıb. 21-ci dəqiqədə Florian Virts fərqlənərək hesabı 2:0-a çatdırıb və komandalar fasiləyə bu nəticə ilə yollanıblar.
İkinci hissədə “Liverpul”un təzyiqi davam edib. 50-ci dəqiqədə Məhəmməd Salah üçüncü qolu vurub. Ardınca 57-ci dəqiqədə Yoqo Ekitike, 60-cı dəqiqədə isə Aleksis Makallister yenidən fərqlənərək dubl edib və hesabı 5:0-a yüksəldib. Oyunun 90+1-ci dəqiqəsində Federiko Kyeza adını tabloya yazdıraraq hesabı 6:0 edib.
Qeyd edək ki, “Qarabağ” turnir cədvəlində 22-ci sırada yer alaraq növbəti tura yüksəlib.
Çempionlar Liqası, Liqa mərhələsi VIII tur
"Liverpul" - "Qarabağ"
Hakimlər: İvan Krujlyak, Branislav Hantsko, Yan Pozor, Peter Kraloviç
VAR: Pol van Boekel
AVAR: Yan Boterberq
"Enfild" stadionu
Heyətlər:
"Liverpul": Alisson Bekker, Ceremi Frimponq, Rayan Qravenberx, Virdcil Van Deyk (k), Robertson, Florian Virts, Aleksis Makallister, Dominik Soboslai, Məhəmməd Salah, Yoqo Ekitike, Kadi Qakpo
"Qarabağ": Mateuş Koxalski, Mateus Silva, Marko Yankoviç, Abdullah Zubir (k), Joni Montiel, Bəhlul Mustafazadə, Leandro Andrade, Kamilo Duran, Pedro Bikalyo, Elvin Cəfərquliyev, Kevin Medina.
04 Iyun 2026
ŞƏRHLƏRŞƏRH YAZ