İnsanlara hürriyət, millətlərə istiqlal!

"Qarabağ" qışda heyətini gücləndirəcək? - Qurbanov açıqladı

"Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov qış "transfer pəncərəsi"ndə yeni oyunçuların gələcəyini açıqlayıb.

Təcrübəli mütəxəssis "yeni transferlər olacaq" deyib:

"Danışıqlarımız, axtarışlarımız davam edir. Çalışacağıq ki, təkcə hücum xəttinə yox, digər mövqelərə də transferlər edək. Tələblərimiz böyüyüb, çoxdur. Bizim keyfiyyətli futbolçulara say olaraq ehtiyacımız var".

Qeyd edək ki, "Qarabağ" yeni transferlərini Çempionlar Liqasının qalan 2 matçında oynada bilməyəcək. Yalnız Ağdam təmsilçisi növbəti mərhələyə yüksəlsə, o zaman həmin oyunçular meydanda ola biləcək./Offsideplus.az/

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

06 Iyun 2026

05 Iyun 2026

BÜTÜN XƏBƏRLƏR