İnsanlara hürriyət, millətlərə istiqlal!

Qardaş ölkə SİLKƏLƏNDİ – TƏCİLİ XƏBƏRDARLIQ! 

Mərmərə dənizində gözlənilən güclü zəlzələyə dair ssenarilər müzakirə olunmağa davam edir.

Musavat.com Türkiyə mətbuatına istinadla xəbər verir ki, 3 tanınmış mütəxəssisdən xəbərdarlıq gəlib.

Professor Şener Üşümezsoya görə, böyük zəlzələ riski Mərmərə dənizinin cənubundadır. O, bu fikrini belə əsaslandırır:

“1894-cü ildə qırılan fay İstanbul ilə Anadolu bloku arasındakı gərginliyi azaldıb. Onun davamı olan hissə isə 1999-cu ildəki Gölcük zəlzələsində qırıldı. Bu iki böyük zəlzələ şimal xəttindəki enerjini böyük ölçüdə sərf edib. Bu səbəbdən şimaldakı Adalar fayı artıq aktiv təhlükə daşımır. 1999-cu ildən sonra enerji cənuba doğru yönəlib. Əsas təhlükə Mərmərə dənizinin cənubunda, Yalova sahillərindədir”.

Professor Şerif Barış isə Silivri sahilinin şərqində hələ qırılmamış fay parçalarının mövcud olduğunu vurğulayır.

“Mərmərənin Büyükçekmece sahillərində baş verəcək zəlzələ ciddi dağıntılara səbəb ola bilər. Yerli və xarici tədqiqatların heç birində bu faylarda zəlzələ olmayacağına dair nəticə yoxdur. Silivri və Mərmərə Ereğlisi sahillərində baş verən zəlzələlər qırılma ehtimalı olan fayın bir hissəsini hərəkətə gətirib”, - deyə professor Barış bildirir.

O xatırladır ki, 2016-cı ilin beynəlxalq modelinə əsasən, 7,3 bal və daha güclü zəlzələnin 30 il ərzində baş vermə ehtimalı 47 faizdir.

Professor Övgün Ahmet Ercan isə xəbərdarlıq edir:

“Əgər Sındırqıda tək zəlzələ baş versəydi, 6,7 bal gücündə olardı. Belə bir zəlzələdə şəhərin üçdə ikisi dağılardı”.

Ercan deyir ki, Sındırqı keçmiş bataqlıq sahəsində salınıb, bu da zəlzələ zamanı sarsıntının şiddətini 4 dəfə artırır.

“Sındırqı Düvertepeyə köçürülməlidir. Sındırqıda yer təbəqəsi sarsıntını 3–4 dəfə böyüdür, Düvertepedə isə bu nisbət 1–1,3 arasındadır. Həmçinin orada həddindən artıq sarsıntı yoxdur”.

Professorun sözlərinə görə, bölgə son üç ayda iki dəfə 6,1 bal gücündə zəlzələnin təsirində qalıb:

“Bu iki zəlzələ nəticəsində təxminən 33 kilometrlik qırılma əmələ gəlib. Əgər bu qırılma tək bir zəlzələ ilə baş versəydi, onun gücü 6,7 bal olardı. Sındırqıda zəlzələ həddi 6,2-dir. Belə bir zəlzələdə şəhərin üçdə ikisi dağılardı”.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

30 Avqust 2026

29 Avqust 2026

BÜTÜN XƏBƏRLƏR