İnsanlara hürriyət, millətlərə istiqlal!

Qardaş ölkədə güclü zəlzələ oldu

Türkiyənin Qaziantep vilayətinin Nurdağı rayonunda 4,5 bal gücündə zəlzələ baş verib.

Bu barədə Türkiyənin Fövqəladə Hallar və Təbii Fəlakətlərin İdarə Olunması Agentliyinin (AFAD) məlumat yayıb.

Məlumata görə, zəlzələ yerli vaxtla saat 03:42-də qeydə alınıb. Yeraltı təkanların ocağı 7,44 kilometr dərinlikdə yerləşib.

Zəlzələ Qazianteplə yanaşı Kilis, Kahramanmaraş, Osmaniyə və Hatay vilayətlərində də hiss olunub.

AFAD bildirib ki, hazırda zəlzələ ilə bağlı hər hansı mənfi hal qeydə alınmayıb. Ərazidə vəziyyətin qiymətləndirilməsi və yoxlama işləri davam etdirilir./KONKRET.az

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

09 Avqust 2026

BÜTÜN XƏBƏRLƏR