İnsanlara hürriyət, millətlərə istiqlal!

“Qartal qırğını” davam edir: Kuçmadan sonra Yuşşenko da imtina etdi

Polşanın ən ali dövlət mükafatı ətrafında yaranan qalmaqal böyüməkdə davam edir.

Musavat.com xəbər verir ki, Ukraynanın üçüncü prezidenti Viktor Yuşşenko da Volodimir Zelenskinin Ağ Qartal ordenindən məhrum edilməsinə etiraz olaraq özünə verilmiş həmin ordeni geri qaytarmaq qərarı verib.

Yuşşenkonun mətbuat katibi İrina Vannikovanın yaydığı məlumata görə, keçmiş prezident bu addımı Polşanın qərarı ilə razılaşmadığını göstərmək üçün atıb. Bəyanatda qeyd olunur ki, Ağ Qartal ordeni yalnız konkret bir şəxsə deyil, ilk növbədə azadlığı, müstəqilliyi və dövlətçiliyi uğrunda ağır bədəl ödəyən Ukrayna xalqına göstərilən hörmətin rəmzi olub.

Xatırladaq ki, bundan əvvəl Ukraynanın ikinci prezidenti Leonid Kuçma da Volodimir Zelenskinin ordeninin ləğv edilməsinə etiraz əlaməti olaraq 1997-ci ildə aldığı Ağ Qartal ordenindən imtina etdiyini açıqlamışdı.

Beləliklə, Zelenskinin Polşanın ən ali dövlət mükafatından məhrum edilməsindən sonra artıq iki sabiq Ukrayna prezidenti – əvvəlcə Leonid Kuçma, daha sonra isə Viktor Yuşşenko həmin ordeni geri qaytardıqlarını bəyan ediblər.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

27 Iyun 2026

26 Iyun 2026

BÜTÜN XƏBƏRLƏR