Onlayn ictimai-siyasi qəzet
Özbəkistanın tarixi Xivə şəhərində minlərlə yemişdən hazırlanan qeyri-adi “qatar” qonaqların və turistlərin böyük marağına səbəb olub.
Musavat.com xəbər verir ki, nəhəng instalyasiya Daşkənd–Xivə sürətli qatarının istifadəyə verilməsinə və avqustun 7-dən keçirilən Yemiş Festivalına həsr olunub.
Kompozisiyanın hazırlanmasında minlərlə yemişdən istifadə edilib. Müxtəlif rəng və ölçüdə meyvələr qatar formasında düzülərək festivalın ən diqqətçəkən görüntülərindən birinə çevrilib.
Ölkənin müxtəlif bölgələrindən Xivəyə gələn fermerlər festival çərçivəsində fərqli iqlim şəraitinə uyğunlaşdırılmış nadir yemiş sortlarını da nümayiş etdirirlər. Tədbir Özbəkistanın bostançılıq ənənələrinin, xüsusilə Xorəzm bölgəsinin məşhur yemiş sortlarının tanıdılmasına xidmət edir.
Festival turistlər arasında da böyük populyarlıq qazanıb. Məlumata görə, 2025-ci ildə tədbir ziyarətçi sayına görə rekord vurub. Festivalı 1 milyondan çox insan ziyarət edib. Onların təxminən 300 min nəfərini xarici turistlər təşkil edib.
Bu il isə minlərlə meyvədən yaradılan “yemiş qatarı” festivalın əsas diqqətçəkən məqamlarından birinə çevrilib.
Musavat.com
19 Avqust 2026
ŞƏRHLƏRŞƏRH YAZ