İnsanlara hürriyət, millətlərə istiqlal!

Qroznıda tıxac və tibbi yardım maşınlarının videosu yayıldı

Musavat.com xəbər verir ki, Qroznı şəhərindən yayılan videolarda yolların bağlandığı, uzun tıxacların yarandığı və çoxsaylı təcili tibbi yardım maşınlarının hərəkətdə olduğu görünür.

Kadrlər Adəm Kadırovun iştirakı ilə baş verdiyi bildirilən yol-nəqliyyat hadisəsi ilə bağlı məlumatların yayıldığı vaxta təsadüf edir. Sosial şəbəkələrdə paylaşılan görüntülərdə təhlükəsizlik tədbirlərinin gücləndirildiyi, nəqliyyatın məhdudlaşdırıldığı diqqət çəkir.

Hadisə ilə bağlı rəsmi qurumlar tərəfindən hələlik açıqlama verilməyib. 

 

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

25 Avqust 2026

BÜTÜN XƏBƏRLƏR