İnsanlara hürriyət, millətlərə istiqlal!

Qurban Qurbanov iki futbolçunu heyətdən qovub?

Çempionlar Liqasının əsas mərhələsinin 5-ci turunda keçirilən “Napoli” - “Qarabağ” görüşündə (2:0) gərgin anların yaşanmasından xəbərdarsız.
 

İtalyanların penalti vurmağa hazırlaşdığı zaman Ağdam klubunun legionerləri Marko Yankoviç və Pedro Bikalyo arasında mübahisə düşüb.Onlar komanda yoldaşlarıonları sakitləşdiriblər. Əcnəbilərin niyə mübahisə etdiyi bəlli deyil. Yayılan söz-söhbətlərə görə, Qurban Qurbanov bu cütlüyü böyük miqdarda cərimələyib. Həmçinin Yankoviçlə Bikalyonun qeyri-müəyyən müddətə əsas heyətdən uzaqlaşdırdığı iddia olunur.

Baş məşqçi monteneqrolu və braziliyalı yarımmüdafiəçilər heç bir cəriməyə məruz qalmayıb


Mübahisə iştirakçıları, sadəcə, tənbeh edilib. Səbəbkarlar isə oyunun stressindən əsəblərinə hakim ola bilmədiklərini, söz güləşdirdiklərini söyləyiblər./sportinfo

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

04 Iyun 2026

BÜTÜN XƏBƏRLƏR