Onlayn ictimai-siyasi qəzet
"Çox maraqlı günlər yaşayırıq . Sentyabrın 21-də “boz kardinal"ın - Ramiz Mehdiyevin məhkəməsi başlayır. Deyilənə görə, səhhətində problemlər olduğuna görə, məhkəməyə gələ bilməyəcək və onlayn məhkəməyə qoşulmağını xahiş edib. Eyni zamanda qonşumuz olan Ermənistandada Robert Köçəryanla Serj Sərkisyanın məhkəməsi gedir. Düşünürəm ki, Azərbaycanda şahidlər olduğu kimi, yəqin ki, Ermənistandanda şahidlər peyda ola bilər".
Bu sözləri YAP funksioneri, sabiq deputat Musa Musayev Feysbuk-dakı səhifəsində yazıb.
Onun sözlərinə görə, bütün bunlarla yanaşı, qarşıda YAP-ın VIII Qurultayı gözlənilir:
"YAP-ın yaranmasında və inkişafında müstəsna xidmətləri olan bir şəxs kimi istərdim ki, Ramiz Mehdiyev və onun havadarları YAP-ın rəhbər orqanlarından da uzaqlaşdırılsınlar. 2026-cı ili maraqlı hadisələrlə başa vuracağıq. Dövlətimizə, millətimizə, Partiyamıza və cənab Prezidentimizə xəyanət edənlərlə üzülüşməyin zamanıdır!". (Mia.az)
13 Oktyabr 2026
00:33 Böyük Britaniyadan İrana qarşı SANKSİYA ZƏRBƏSİ: Baş nazir SEPAH-ın partlayış planını açıqladı
12 Oktyabr 2026
ŞƏRHLƏRŞƏRH YAZ