Onlayn ictimai-siyasi qəzet
Rusiya Federal Baytarlıq və Fitosanitar Nəzarəti Xidməti ("Rosselxoznadzor") hər ay Ermənistandan Rusiya bazarına daxil olan məhsulların monitorinqini həyata keçirir.
Musavat.com xəbər verir ki, bu barədə "Rosselxoznadzor"un rəhbəri Sergey Dankvert Sankt-Peterburq Beynəlxalq İqtisadi Forumu (SPIEF) çərçivəsində TASS agentliyinə verdiyi müsahibədə bildirib.
"Biz hazırda Rusiya bazarına daxil olan məhsulların hər ay monitorinqini aparırıq. Vəziyyəti izləyir və analiz edirik. Əgər bir ay ərzində hər hansı bir məhsulda aşkar olunan qayda pozuntularının sayında artım qeydə alınarsa, həmkarlarımız dərhal danışıqlara başlayırlar", - deyə S.Dankvert Ermənistandan edilən tədarüklərlə bağlı sualı cavablandırarkən vurğulayıb.
Musavat.com
13 Oktyabr 2026
00:33 Böyük Britaniyadan İrana qarşı SANKSİYA ZƏRBƏSİ: Baş nazir SEPAH-ın partlayış planını açıqladı
12 Oktyabr 2026
ŞƏRHLƏRŞƏRH YAZ