İnsanlara hürriyət, millətlərə istiqlal!

Rusiya: Qərbin Asiyanı hərbiləşdirmə cəhdləri ciddi narahatlıq doğurur

Rusiya Qərb ölkələrinin Asiya regionunda hərbi mövcudluğunu artırmaq cəhdlərindən narahatdır.

Musavat.com xəbər verir ki, bu barədə Rusiya daxili işlər naziri Vladimir Kolokoltsev Tailandda keçirilən 43-cü ASEANAPOL (Asiya Polis Təşkilatları Konfransı) iclasından sonra “Rossiya 24” telekanalına açıqlamasında bildirib.

Nazirin sözlərinə görə, əməkdaşlıq əvəzinə silahlanmanın önə çıxarılması qəbuledilməzdir: “Rus tərəfi Qərb ölkələrinin Asiya regionunda militarizasiya prosesini başlatmaq cəhdlərindən ciddi şəkildə narahatdır. Bu, qəbuledilməz vəziyyətdir. Əksinə, müasir dövrün təhdidlərinə qarşı güclərimizi birləşdirməli, əməkdaşlığı artırmalıyıq, militarizasiya yoluna yönəlməməliyik”. 

Kolokoltsev əlavə edib ki, Moskva regional sabitliyin qorunması məqsədilə Asiya ölkələri ilə təhlükəsizlik və hüquq-mühafizə sahəsində dialoqu daha da dərinləşdirməyə hazırdır. 

 

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

30 Avqust 2026

29 Avqust 2026

BÜTÜN XƏBƏRLƏR