İnsanlara hürriyət, millətlərə istiqlal!

Rusiyada yenilik: oğurluğa büdcədən pay ayrılması təklif olundu

Rusiyalı deputat büdcədən oğurluğun leqallaşdırılmasını təklif edib.

Musavat.com-un “Qordon” kanalına istinadən xəbərinə görə, Astraxan vilayətinin qanunverici yığıncağının deputatı Yevgeni Dunayev büdcə müzakirəsi zamanı bildirib ki, büdcəyə əvvəlcədən məmurların “otkat” və oğurluq üçün xərclərini salmaq lazımdır.

“Hamımız səhər interneti açırıq və oxuyuruq: “uşaq bağçasının tikintisində 15 milyon oğurlandı”, “evlərin tikintisində 10 milyon oğurlandı”, “təmizləyici qurğular təhvil verilməli idi, amma 30 milyon oğurlandı”.

Nə danışırıq ki, “Oktyabr” mədəniyyət mərkəzini artıq 10 ildir tikirlər - dörd cinayət işi açılıb. Bu, təsadüf deyil. Saltykov-Şedrin deyib: “Əgər 200 il sonra oyansam, görəcəyəm: içirlər və oğurlayırlar”. O halda gəlin elə büdcəyə əvvəlcədən 10% oğurluq üçün ayıraq. Bu mümkündürmü?”, - deyə deputat qeyd edib.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

27 Avqust 2026

BÜTÜN XƏBƏRLƏR