Onlayn ictimai-siyasi qəzet
Ukraynanın Kramatorsk şəhərinə Rusiya ordusunun zərbələri nəticəsində burada yaşayan azərbaycanlılar zərər çəkiblər.
Donetsk vilayətində Ukraynanın nəzarətində qalan bu şəhərdə zərər çəkənlərdən biri Kramatorskda Azərbaycan diasporunun rəhbəri Mübariz Rüstəmovdur.
Ona məxsus 500 kvadratmetrlik ticarət obyekti, obyektə məxsus avtomobillər raket və dron zərbələrindən tamamilə məhv olub.
Aviazərbələr nəticəsində bu şəhərdə yaşayan digər azərbaycanlı, 1960-cı il təvəllüdlü Niyyətulla İsmayılovun evi ciddi zərər görüb, özü isə yaralanıb. Zərbələr nəticəsində avtomobili də sıradan çıxıb. Kramatorskda yaşayan Həsən Məmmədovun yaşadığı yer dron zərbələri nəticəsində zərərə məruz qalıb.
Qeyd edək ki, Kramatorsk şəhəri daimi atəş altındadır.
Avqustun 5-i gecə saatlarında Rusiya ordusunun Kiyev vilayətinə endirdiyi zərbələr nəticəsində 14 nəfər ölüb, daha 27 nəfər isə xəsarət alıb. Ukrayna Dövlət Fövqəladə Hallar Xidməti (DFHX) və Kiyev Vilayət Hərbi Administrasiyası məlumat yayıb.
"Brovarı rayonuna edilən hücumlar nəticəsində Brovarı şəhəri, Velikaya Dimerka qəsəbəsi, Kvitneve və Pobeda kəndlərindəki anbar binalarında güclü yanğınlar qeydə alınıb. Fastov rayonunda yerləşən müəssisələrdən birində nəqliyyat vasitələrində başlayan yanğının qarşısı alınıb. Buça rayonunun Çayki kəndindəki anbarda çıxan yanğının söndürülməsi istiqamətində işlər aparılır. Sofiyevskaya Borşaqovka kəndində isə logistika mərkəzinin ərazisindəki alovun qarşısı alınıb", - məlumatda qeyd olunub. Bundan başqa, Obolon, Svyatoşin, Qoloseyev və Desnyan rayonlarının da hücumlara məruz qaldığı vurğulanıb.
TVMusavat-ın bu gün saat 11:00-da canlı yayımlanan “Həftə içi” verilişində aparıcı Emil Salamoğlu gündəmi milli siyasət üzrə ekspert Sülhəddin Əkbərlə müzakirə edir.
https://www.facebook.com/tvmusavat
https://www.youtube.com/@musavattv
22 Avqust 2026
ŞƏRHLƏRŞƏRH YAZ