İnsanlara hürriyət, millətlərə istiqlal!

Rusiyalı deputat savaşa ÜSYAN etdi

Rusiyada hakimiyyətə yaxın dairələrdə Ukrayna müharibəsinin iqtisadi nəticələri ilə bağlı narahatlıq açıq şəkildə səsləndirilməyə başlanıb.

Musavat.com xarici agentliklərə istinadən xəbər verir ki, Dövlət Dumasının Kommunist Partiyasından olan deputatı Renat Suleymanov müharibənin uzanmasının Rusiya iqtisadiyyatı üçün ciddi problemlər yaradacağını bildirib.

Sibir Post saytının diqqət çəkdiyi açıqlamada Novosibirsk vilayətindən seçilən deputat qeyd edib ki, hazırkı hərbi xərclər ölkənin inkişaf imkanlarını faktiki olaraq zəiflədir. Renat Süleymanovun sözlərinə görə, federal büdcənin təxminən 40 faizi artıq müdafiə və təhlükəsizlik sahəsinə yönəldilir. Bu isə investisiyalara, sosial proqramlara, mülki layihələrə ayrılan vəsaitlərin azalmasına səbəb olur. Deputat xüsusi vurğulayıb ki, hərbi sənaye əhalinin istifadə etdiyi məhsullar istehsal etmir və müdafiə xərclərinin sürətli artımı inflyasiyanı daha da gücləndirir.

Süleymanov müharibənin bitməsinin də ayrıca problem yaradacağını deyib. Onun sözlərinə görə, hazırda ordu və müdafiə sektorunda çalışan çoxlu sayda insan yenidən mülki əmək bazarına qayıdacaq və dövlət onların işlə təminatı və cəmiyyətə uyğunlaşdırılması məsələsi ilə üzləşəcək. Kommunist deputat əlavə edib ki, işğal altındakı ərazilərin bərpası da Rusiya üçün milyardlarla xərc tələb edəcək. Rusiyada son illərdə müharibə ilə bağlı bu cür açıq iqtisadi tənqidlər nadir hallarda səslənir. Bu baxımdan, Dövlət Duması deputatının belə bəyanatı ölkə daxilində artan narahatlığın daha bir göstəricisi kimi qiymətləndirilir.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

04 Iyun 2026

BÜTÜN XƏBƏRLƏR