İnsanlara hürriyət, millətlərə istiqlal!

Rusiyanın 17 bölgəsi atəş altında: Hərbi zavod və aerodrom dağıdıldı

Ukrayna ötən gecə Rusiyanın 17 bölgəsinə hücumlar təşkil edib.

Musavat.com xəbər verir ki, əsas diqqət hərbi infrastruktura yönəldilib.

Belə ki, Samara bölgəsində yerləşən “Aviakor” hərbi təyyarə zavoduna zərbə endirilib. Bölgə qubernatoru Vyaçeslav Fedorişçev sənaye müəssisələrinin birinə raketlə hücum olunduğuna dair məlumat yaysa da, ad çəkməyib. Onun sözlərinə görə, hazırda mütəxəssislər nəticələrin aradan qaldırılması üzərində işləyirlər. Təcili yardım xidmətləri dron qəzası yerində işləyir. "Qurbanlar haqqında məlumatlar dəqiqləşdirilir", - deyə qubernator əlavə edib.

Ukraynanın FirePoint silah istehsalı şirkətinin sahiblərindən biri Denis Stillermanın X-dəki paylaşımında “Flaminqo” raketinin buraxılış anı əks olunub. Bu paylaşıma istinadla bir çox kanallar “Aviakor”a məhz bu raketlə zərbə endirildiyini ehtimal ediblər. Lakin bunun həqiqətən Flamingo olub-olmadığı hələ də məlum deyil.

“Aviakor” Rusiya aviasiyasını ehtiyat hissələri ilə təmin edir və bombardmançı təyyarələrin modernləşdirilməsində iştirak edir.
Bundan əlavə, Rusiyanın Nijnenovqorod vilayətində yerləşən “Savasleyka” hərbi aerodromuna da zərbə endirilib, partlayış və yanğın qeydə alınıb. Bu aerodromdan Rusiya Ukrayna ərazisinə aviazərbələr endirmək istifadə edir.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

26 Avqust 2026

BÜTÜN XƏBƏRLƏR