İnsanlara hürriyət, millətlərə istiqlal!

Sahil Babayevdən yeni ƏMR: Yüksək vəzifə verilən şəxs KİMDİR?

Maliyyə Nazirliyinin Maliyyə Elm-Tədris Mərkəzinə yeni direktor təyin edilib.

Qaynarinfo-nun məlumatına görə, nazir Sahil Babayevin əmri ilə Aslanov Emin Şahin oğlu sözügedən vəzifəyə təyin olunub. Digər əmrlə Elm-Tədris Mərkəzinin hazırkı direktoru Nəsirov Fuad Ramiz oğlu vəzifəsindən azad edilib.

Qeyd edək ki, Emin Aslanov uzun illər ləğv edilən Muğan Bankın "Həyat” filialının müdiri olub. O, 2023-cü ildə elm və təhsil naziri Emin Əmrullayevin əmri ilə Qərbi Kaspi Universitetində "Mühasibat Uçotu” və "Maliyyə” ixtisasları üzrə Dövlət Attestasiya Komissiyasının sədri təyin edilmişdi.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

20 Avqust 2026

BÜTÜN XƏBƏRLƏR