İnsanlara hürriyət, millətlərə istiqlal!

Şahzadə Trampa zəng etdi, hücum təxirə salındı

İran ABŞ tərəfindən öz ərazisinə yeni hücumlar olarsa, Fars körfəzi ölkələrini hədəf alacağı ilə bağlı xəbərdarlıq edib.

Musavat.com xəbər verir ki, bu barədə "Reuters" mənbələrə istinadən məlumat yayıb.

Mənbələrin sözlərinə görə, xəbərdarlıq ABŞ prezidenti Donald Trampın iyulun 28-də İranın enerji şəbəkəsi və infrastrukturuna zərbə endirməklə hədələməsindən sonra göndərilib.

Bundan sonra Səudiyyə Ərəbistanının vəliəhd şahzadəsi Tramp ilə telefon danışığı aparıb. O, ABŞ prezidentini hərbi əməliyyatları təxirə salmağa, danışıqlara qayıtmağa, atəşkəsə nail olmağa və diplomatik yolla tənzimləmə axtarmağa çağırıb.

Artıq avqustun 2-də ABŞ prezidenti İranla “tezliklə razılaşma bağlanacağı” təqdirdə İrana hücumu ləğv etməyə razılaşdığını açıqlayıb.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

19 Avqust 2026

18 Avqust 2026

BÜTÜN XƏBƏRLƏR