Onlayn ictimai-siyasi qəzet
Suriya prezidenti Əhməd əş-Şaraa ölkə böhrandan çıxacağı və "təhlükəsiz limana" çatacağı təqdirdə siyasətdən getməyə hazır olduğunu, növbəti prezident seçkilərində namizədliyini irəli sürməyəcəyini bəyan edib.
Musavat.com xəbər verir ki, bu barədə o, Nyu-Yorkda "Atlantic Council" təşkilatının keçirdiyi tədbirdəki çıxışı zamanı bildirib.
Suriya lideri hazırkı mərhələdə növbəti seçki kampaniyasında iştirak etmək haqda düşünmədiyini və mövcud səlahiyyət müddətinin başa çatmasına hələ üç il qaldığını vurğulayıb.
Əhməd əş-Şaraa hakimiyyət yolunun son dərəcə yorucu olduğunu bildirərək normal həyatına qayıtmağa üstünlük verəcəyini etiraf edib.
Bununla belə, dövlət başçısı yekun qərarı ölkənin maraqlarını nəzərə alaraq verəcəyini əlavə edib:
"Əgər postumda qalmağımın Suriya üçün zəruri olduğunu görsəm, bunu açıq şəkildə bəyan edəcəyəm".
Musavat.com
25 Sentyabr 2026
24 Sentyabr 2026
ŞƏRHLƏRŞƏRH YAZ