İnsanlara hürriyət, millətlərə istiqlal!

Sarkisyanın qətlində iştirak edən şəxs 22 il müddətinə azadlıqdan məhrum edildi

"Arbat" batalyonunun komandiri Armen Sarkisyanın qətlində əlbir olan Varaj Manukyan 22 il müddətinə koloniyaya məhkum olunub.

Musavat.com xəbər verir ki, Rusiya məhkəməsinin qərarına əsasən, ondan həmçinin partlayışın baş verdiyi "Alye Parusa" yaşayış kompleksi də daxil olmaqla ümumilikdə 6,5 milyon rubl məbləğində vəsaitin tutulması qərara alınıb. O, cəzasının ilk 6 ilini həbsxanada, qalan hissəsini isə ciddi rejimli koloniyada çəkəcək.

Bununla yanaşı, partlayıcı maddələrin daşınmasında istifadə olunan "Mercedes" markalı avtomobil də dövlət nəfinə müsadirə edilib.

Xatırladaq ki, DPR boks federasiyasının rəhbəri Armen Sarkisyan 2025-ci il fevralın 3-də Moskvanın "Alye parusa" yaşayış kompleksində baş verən partlayış nəticəsində həlak olub.

O, qətli təşkil edənlərin əsas hədəfi idi. Killerin üzərinə bərkidilmiş əldəqayırma partlayıcı qurğu Sarkisyan lifti tərk edərkən elit binanın hollunda işə düşüb.

O, çoxsaylı qəlpə yaralarından, o cümlədən ür nahiyəsindən aldığı xəsarətlərdən dünyasını dəyişib. Armen Sarkisyanın öldürülməsinin əsas versiyalarından biri onun tütün biznesi və Rusiya bazarında təsir dairələrinin yenidən bölgüsü ilə əlaqədardır.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

27 Avqust 2026

BÜTÜN XƏBƏRLƏR